Valtteri Bottas iddialı danışdı

Yeni "Mercedes" motoruna rəğmən, Bottas, "Ferrari"-nin tezliklə ilk pilləyə qalxacağını söyləyib.

AutoCity.az xəbər verir ki, bu mövsüm bütün turnirlərdə podyuma çıxmağı bacaran pilot, Monrealdakı həftə sonunda liderin "Ferrari" olacağını bildirib: "Maşın mükəmməl deyil, inkişaf etdirəcəyimiz çox şeylər var. Əlbəttə, motor yenilənməsini çox yaxşı qarşılayırıq. Yeni motordan cüzi güc artımı gözləyirik".

"Maşın döngədə  daha yaxşıdır. Keçən illərlə nisbətdə bu il daha çox inkişaf qeydə alınıb. Bəzi yavaş döngələrdə sürətli olmadığımızı görmüşdük, lakin indi əminliklə deyə bilərik ki, maşının ön hissəsi döngəyə girişdə daha yaxşıdır. Bu da daha gec əyləci basmağımıza səbəb olur".

"Keçən ilə nisbətdə bu il, maşın istədiyimiz istiqamətdə daha çox irəliləyib. Bu isə çox gözəl hissdir".

RƏY BİLDİRİN