Canlı işıqfor: "Bizim 3 şüarımız var" - MÜSAHİBƏ - FOTOLAR - VİDEO

"Məqsədimiz gənc dostlarımızın və sürücülərin maarifləndirilməsidir"

- Əvvəlcə özünüzlə bağlı qısa məlumat verərdiniz...

- Mən Musayev Xalid 1971-ci il Qərbi Azərbaycanda doğulmuşam. 1988-ci ilin hadisələri zamanı ailəmlə birlikdə Rusiyaya köçdüm. 1992-ci ildə Azərbaycan köçmüşük. Elə o vaxtdan Bakıda, Suraxanı rayonu, Əmircan qəsəbəsində yaşayıram.

- Bildiyimiz qədərilə Siz ölkəmizdə yeganə canlı işıqforsunuz. Necə oldu ki, belə bir fəaliyyətə başladınız?  

- Əslində artıq belə deyil. İndi məndən başqa köməkçim Leyla Ömərova da bu fəaliyyətlə məşğuldur. Azərbaycana gəldikdən sonra yol kənarında avtomobil yağlarının satışı ilə məşğul olmağa başladım.  1997-ci il idi uşaqların dərsdən çıxan vaxtı mən onları yoldan keçmələrinə köməklik edirdim. Bir müddət sonra keçirdiyim uşaqlar məni “Canlı Svetofor” (İşıqfor) kimi çağırmağa başladırlar. Bilirsiniz, həmin vaxta qədər o yerdə 17 uşaq yol qəzasında həyatını itirmişdi. Mən uşaqları keçirdikcə sayları da artmağa başlayırdı. Elə həmin vaxtdan qarşıma məqsəd qoydum ki, dərslər başlamışdan qabaq və dərsdən sonra öz işimi dayandıracağam, uşaqları yoldan keçirməklə məşğul olacağam.

- Komandanızda neçə könüllü var?

- Bizim adımız belə gedir: “Canlı İşıqfor piyadalara kömək təşəbbüs qrupru”. Komandamızda mən və Leyla xanımdan başqa 35 könüllü var. Onlar müxtəlif yaş qruplarındırlar və fərqli məktəblərdə təhsil alırlar. Biz mütəmadi təhsil müəsisələrində tədbirlər keçirdirik. Məqsədimiz yol hərəkatı qaydalarının məktəblilər və hətta böyüklər arasında təbliğatından ibarətdir. Könüllülərimiz də bu işlərdə bizə dəstək olurlar. 

- Bəs könüllülərinizi necə həvəsləndirirsiniz?

- Bizim üçün ayrılan otaqda onlar müxtəlif təşkilatların nümayəndələri ilə görüşürlər. Hətta bəzən öz sualları ilə onları çətin vəziyyətə sala bilirlər. Biz onların vasitəsilə müxtəlif əyani vəsait və məlumatların insanlar arasında yayılmasını təşkil edirik. Müxtəlif görüşlərdə onları Yol Hərəkəti qaydalarını bilən müsbət nümunə kimi təqdim edirik. Bizimlə əməkdaşlıq edən təşkilatlar tərəfindən təşkil olunan ekskursiyalarda onlar da iştirak edirlər.

Bildiyimiz qədəri ilə sonuncu ekskursiyanızı "Hyundai Otoplaza" Rəsmi servis mərkəzinə etmişdiniz. Təəssüratlarınız necədir?

- Mütəmadi olaraq Hyundai şirkəti tərəfindən bizə Zolağı Pozma stikerləri, uşaqlar üçün Yol Hərəkəti qaydaları kitabçaları göndərilirdi. Könüllülərimizin özləri və valideyinləri ekskursiya təşəbbüsünü irəli sürdülər. Uşaqları şirkətin fəaliyyəti ilə yaxından tanış etmək üçün şirkətə müraciət etdik, işlərinin çox olmasına baxmayaraq razılıq verdikləri üçün təşəkkür edirik.

- Ekskursiyada yadda qalan məqamlardan danışa bilərsinizmi?

- Şirkətin təhlükəsizlik texnikasına yanaşması bizi xüsusilə valeh etdi. Təsəvüür edin ki, ildə 2 dəfə servis kampaniyası keçirirlər. Həmin ərəfədə maşınların sayı hədsiz çox olur. Bizim təhlükəsizliyimiz üçün servisin ümumi ərazisini boşaltdılar. Yalnız bundan sonra bizim əraziyə daxil olmağımıza icazə verdilər. 

Başqa bir məqam şirkət rəhbərliyinin bizim uşaqlarla səmimi ünsiyyəti idi. Təsəvvür edin ki, şöbə-şöbə gəzdik və hər kəs uşaqlara nə işlə məşğul olması barədə məlumat verdi. Könüllüərimiz İdarə Heyətinin Sədrinin müavinləri, İdarə Heyətinin sədri və hətta sahibkarla görüşdülər. Bizə bütün Otoplazanı qarış-qarış gəzdirdilər. Açığı, belə mehriban və səmimi mühit çox nadir tapıntıdır. Həm valideynlər, həm də biz çox razı qaldıq. Çox möhtəşəm təəsüratla ayrıldıq. 

- Yol hərəkəti hadisələrinin sayının azalması üçün ümumiyyətlə nələrin edilməsinin vacib olduğunu düşünürsünüz?

- Düşünürük ki, hər şey insanların özlərinin yanaşmasından asılıdır. Həm piyadalar, həm də sürücülər yol hərəkəti iştirakçılarıdır. Biz bütün tədbirlərimizdə 3 şüarla çıxış edirik.

Birinci şüarımız: "Uşaqlar bizim gələcəyimizdir". 

İkinci şüarımız: "Sürücü, ehtiyatlı ol, qarşına öz övladın çıxa bilər".

Üçüncü şüarımız:  Piyada, ehtiyatlı ol, qarşına maşın çıxa bilər".

Hesab edirik ki, təkcə şürücülər və piyadalar deyil, hamımız bu mövzulara diqqət göstərməliyik. Bizim keçirdiyimiz bütün tədbirlər, bütün fəaliyyətlər məhz bu istiqamətlərdə piyadaların, xüsusən, gənc dostlarımızın və  sürücülərin maarifləndirilməsindən ibarətdir.

  • Canlı işıqfor: "Bizim 3 şüarımız var"- MÜSAHİBƏ - FOTOLAR - VİDEO
  • Canlı işıqfor: "Bizim 3 şüarımız var"- MÜSAHİBƏ - FOTOLAR - VİDEO
  • Canlı işıqfor: "Bizim 3 şüarımız var"- MÜSAHİBƏ - FOTOLAR - VİDEO
  • Canlı işıqfor: "Bizim 3 şüarımız var"- MÜSAHİBƏ - FOTOLAR - VİDEO
  • Canlı işıqfor: "Bizim 3 şüarımız var"- MÜSAHİBƏ - FOTOLAR - VİDEO

RƏY BİLDİRİN