Manaf Ağayevin milyonluq yeni "Maybach"ı - EKSKLÜZİV FOTO

Tanınmış müğənni Manaf Ağayev özünə yeni "Mercedes-Maybach" alıb. 

Autoinfo.az-ın məlumatına görə, bahalı avtomobil ötən gün axşam saatlarında Atatürk parkında görüntülənib. Ağayev 10 MA 091 markalı "Maybach"ından düşərək, yaxınlıqdakı restoranlardan birinə yollanıb. 

O, daha əvvəl də "Maybach"dan istifadə edib. Müğənni fevralın 18-də Füzuli rayonuna müvafiq icazələr olmadan qanunsuz daxil olduğu üçün Bakının Nərimanov rayon Məhkəməsinin qərarı ilə 15 sutka həbs cəzası alıb. Həmin maşının nömrəsi 10 BU 100 olub. 

Şayiələrə görə, Ağayev 1 milyon manatadək dəyərində olan yeni "Maybach"ı doğulduğu Füzuli rayonunun işğaldan azad olunmasının ikinci ildönümü münasibətilə alıb.

  • Manaf Ağayevin milyonluq yeni "Maybach"ı- EKSKLÜZİV FOTO

RƏY BİLDİRİN