Bakı - Qazax yolunu su basdı - FOTOLAR - VİDEO

Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində avtomobil yolunu su basıb.

Autoinfo.az xəbər verir ki, subasma nəticəsində nəqliyyatın hərəkəti çətinləşib. Yol polisi əməkdaşları tıxacın aradan qaldırılması istiqamətində işlər görürlər.

Azərsu” ASC-dən bildirilib ki, Bakı şəhərini içməli su ilə təmin edən Kür - Bakı magistral su kəmərinin Qaradağ rayonu ərazisində (Qaz Emalı Zavodunun yaxınlığı) gecə saatlarında baş vermiş qəza nəticəsində ətraf əraziləri, o cümlədən Bakı - Qazax avtomagistralını subasma halı baş verib: “Hazırda "Azərsu" ASC-nin rəhbərliyi ərazidədir. Əraziyə xüsusi texnika, maşın-mexanizm, suyu kənarlaşdırmaq üçün nasoslar, qəza briqadalarə cəlb olunub, lazımi tədbirlər görülür”.

Hazırda hərəkətin tam bərpa olunması üçün Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi ilə birlikdə tədbirlər görür.

  • Bakı - Qazax yolunu su basdı- FOTOLAR - VİDEO

RƏY BİLDİRİN