Məşhur drift ustası Bakıda - VİDEO

Dünyanın tanınmış drift ustalarından biri, adını Ginnesin Rekordlar kitabına yazdıran Livanlı driftçi Abdo Feqali Bakıya gəlib. 

Autoinfo.az xəbər verir ki, artıq paytaxtı gəzən dünya şöhrətli drift pilotu şəhərdə keçiriləcək beynəlxalq drift çempionatını böyük maraqla gözlədiyini vurğulayıb. 

İçərişəhər və  digər tarixi yerlərdə olan Abdo Feqali daha sonra Bayraq Meydanına gedərək orada drift edib. 

Qeyd edək ki, bu Abdo Feqalinin Bakıya ilk səfəri deyil. Avqustda Azərbaycan Avtomobil Federasiyasının təşkilatı dəstəyi ilə Azərbaycana gələn məşhur driftçi “Red Bull Car Park Drift” yarışının iştirakçılarına master klass keçib.

Şəhəri çox bəyəndiyini deyən drift idmançısı sonda “Red Bull Car Park Drift” yarışının keçiriləcəyi yerə, Kristal Zalın parkinq ərazisinə yollanıb. 

Məhz bu məkanda 16 oktyabr, 12:00-da Beynəlxlaq “Red Bull Car Park Drift” çempionatı keçiriləcək. Bütün paytaxt sakinləri və qonaqlar tədbiri izləməyə dəvətlidir.

RƏY BİLDİRİN