Dünyanın ən həyəcanlı yarışı Bakıda - FOTOLAR

Oktyabrın 16-da Dənizkənarı Bulvar ərazisində dünyanın ən gözlənilən yarışlarından biri olan “Red Bull Car Park Drift”in milli finalı keçiriləcək.

Autoinfo.az-ın məlumatına görə, yarışın qalibi 25 ölkənin qatılacağı “Red Bull Car Park Drift”in Dünya Finalında Azərbaycanı təmsil etmək üçün Səudiyyə Ərəbistanına yola düşəcək.

Özünəməxsus sərt qaydalarla zəngin “Red Bull Car Park Drift”də ən yaxşı şou göstərən 16 iştirakçı Milli Final mərhələsinə yüksələcək. Burada isə beynəlxalq münsiflər heyəti maneələri ustalıqla keçən və ən yaxşı şou göstərən iştirakçını maksimum balla qiymətləndirməklə qalib elan edəcək.

“Red Bull Car Park Drift”in iştirakçıları bu ilin avqutunda dünya şöhrətli livanlı driftçi, 2012-ci ildə Abu Dabidə ən uzun drift edərək adını Ginnesin Rekordlar Kitabına yazdırmış Abdo Feqalidən master klasslar alıb. O, həmçinin 2008-ci ildə Livanda keçirilən ilk “Red Bull Car Park Drift” yarışının da qalibidir.

Qeyd edək ki, tədbirə giriş sərbəstdir.

  • Dünyanın ən həyəcanlı yarışı Bakıda- FOTOLAR
  • Dünyanın ən həyəcanlı yarışı Bakıda- FOTOLAR
  • Dünyanın ən həyəcanlı yarışı Bakıda- FOTOLAR

RƏY BİLDİRİN