Futbolçu avtomobil qəzasında öldü

Şotlandiyalı futbolçu Gevin Stoks 30 yaşında vəfat edib.

Autoinfo.az-ın məlumatına görə, o, Qlazqo şəhərindəki dairəvi yolda avtomobil qəzasına düşərək dünyasını dəyişib.

Hadisə zamanı oyunçunun yanındakı şəxslərdən heç biri xəsarət almayıb.

Qeyd edək ki, Gevin Stoks yalnız yerli klublarda çıxış edib. O, tarixdə ən tez vurulmuş qollardan birinin müəllifidir. Futbolçu start fitindən cəmi 2 saniyə sonra topu rəqib qapısından keçirib.

RƏY BİLDİRİN