"Formula 1" komandasından yeni transfer

Niderlandlı sürücü Nik de Vris "Formula 1"də çıxış edən "Alfa Tauri" ilə müqavilə bağlayıb. 

Autoinfo.az-ın məlumatına görə, bu barədə komandanın rəhbəri Frants Tost açıqlama verib. O bildirib ki, yeni pilot "Alfa Tauri"də Pyer Qaslini əvəzləyəcək. "Biz Qaslinin Montsadakı fantastik qələbəsini, eləcə də Braziliya və Azərbaycanda podiuma qalxmasını unutmayacağıq" deyən Tost ona uğurlar arzulayıb.

Komanda rəhbəri Nik de Vris və Yuki Tsunoda ilə birlikdə güclü heyətin formalaşacağına inam ifadə edib: "De Vris çox təcrübəli sürücüdür, iştirak etdiyi bütün kateqoriyalarda qalib olub, aktivində çoxlu yarış və çempionat var. Son böyük uğuru isə "Formula-E"də qalib olmaqla qazanıb. Bu isə niderlandlı pilotun "Formula 1"də yer almasına layiq olduğunu göstərir".    

RƏY BİLDİRİN