"Formula 1" komandasının mərhum rəhbərindən fantastik vəsiyyət

"Uilyams"ın təsisçisi və keçmiş rəhbəri Frenk Uilyams 3 övladına 14,4 milyon funt sterlinq vəsiyyət edib. 

Autoinfo.az-ın "Mirror" nəşrinə istinadən məlumatına görə, F.Uilyams ötən ilin noyabrında dünyasını dəyişib. 2020-ci ilin yayında onun "Formula 1"dəki eyni adlı komandası 136 milyon funta satılıb. Mərhum iş adamı "Williams Grand Prix Engineering" komandasını 1977-ci ildə təsis edib.

Qeyd edək ki, Frenk Uilyams 1986-cı ildə iflic keçirsə də, komandanın işlərində fəallıq göstərib. 1999-cu ildə ona ser titulu verilib. F.Uilyamsın ölümünə "Formula 1"in hazırkı və sabiq pilotlarından bir çoxu reaksiya verib.

RƏY BİLDİRİN