"Formula 1"də xal durumu - SİYAHI

"Formula 1" üzrə Sinqapur Qran Prisindən sonra şəxsi mübarizənin ilk 10-luğunda vəziyyət dəyişməyib.

Autoinfo.az-ın məlumatına görə, lider Maks Ferstappenlə ən yaxın izləyicisi Şarl Lekler arasında fərq 104 xala enib.

İkinci və dördüncü pillələr uğrunda mübarizə isə daha da sıxlaşıb. Bugünkü Qran Prinin qalibi Serxio Peres vitse-çempionluq uğrunda mübarizədə Şarl Leklerdən cəmi 2 xal geri qalır. Karlos Sayns və Corc Rassell arasında isə 1 xallıq fərq yaranıb.

Ciddi dəyişikliklər cədvəlin aşağı pillələrində baş verib. Sinqapurda beşinci yeri tutması sayəsində Daniel Rikkardo üç pillə irəliləyərək, 11-ci mövqeyə qalxıb. Sebastyan Fettel də bir pillə önə çıxıb. Səkkiz xal yığan Lens Stroll Mik Şumaxer, Yuki Tsunoda və Quanyuy Çjounu üstələyib.

1. Maks Ferstappen ("Red Bull") - 341
2. Şarl Lekler ("Ferrari") - 237
3. Serxio Peres ("Red Bull") - 235
4. Corc Rassell ("Mercedes") - 203
5. Karlos Sayns ("Ferrari") - 202
6. Lüis Hemilton ("Mercedes") - 170
7. Lando Norris ("Maklaren" - 100
8. Esteban Okon ("Alpine") - 66
9. Fernando Alonso ("Alpine") - 59
10. Valtteri Bottas ("Alfa Romeo") - 46
11. Daniel Rikkardo ("Maklaren") - 29
12. Sebastyan Fettel ("Aston Martin") - 24
13. Pyer Qasli ("Alfa Tauri") - 23
14. Kevin Maqnussen ("Haas") - 22
15. Lens Stroll ("Aston Martin") - 13
16. Mik Şumaxer ("Haas") - 12
17. Yuki Tsunoda ("Alfa Tauri") - 11
18. Quanyuy Çjou ("Alfa Romeo") - 6
19. Aleksander Albon ("Uilyams") - 4
20. Nik de Vris ("Uilyams") - 2
21. Nikolas Latifi ("Uilyams") - 0
22. Niko Hülkenberq ("Aston Martin") - 0

Konstruktorlar Kubokunda "Ferrari" "Red Bull" komandası ilə xal fərqini 139-dan 137-yə endirib. "Maklaren" uğurlu həftəsonu sayəsində "Alpine"ni 4-cü yer uğrunda mübarizədə üstələyib. "Aston Martin" isə "Haas" və "Alfa Tauri"ni keçib.

1. "Red Bull" - 576
2. "Ferrari" - 439
3. "Mercedes" - 373
4. "Maklaren" - 129
5. "Alpine" - 125
6. "Alfa Romeo" - 52
7. "Aston Martin" - 37
8. "Haas" - 34
9. "Alfa Tauri" - 34
10. "Uilyams" - 6

RƏY BİLDİRİN