Sinqapur Qran Prisinin startı ertələndi

"Formula 1" üzrə Sinqapur Qran Prisinin startı ertələnib.

Autoinfo.az-ın məlumatına görə, buna hava şəraiti səbəb olub.

Yarışın startı Bakı vaxtı ilə saat 16:00-a təyin edilmişdi.

Lakin təşkilatçılar güclü yağış səbəbindən bunu təxirə salmağa məcbur qalıb.

Nəticədə yarış Bakı vaxtı ilə saat 17:05-ə təyin olunub.

RƏY BİLDİRİN