Sinqapur Qran Prisinin qalibi bəlli oldu

Marina Bey avtodromunda keçirilən "Formula 1" üzrə Sinqapur Qran Prisinin qalibi bəlli olub.

Autoinfo.az-ın məlumatına görə, "Red Bull"un pilotu Serxio Peres bütün rəqiblərini qabaqlayıb.

Finişə ikinci sırada "Ferrari"dən Şarl Lekler çatıb. Onun komanda yoldaşı Karlos Sayns üçüncü yeri tutub.

Çempionatın hazırkı lideri "Red Bull"dan Maks Ferstappen yeddinci yerlə kifayətlənib.

RƏY BİLDİRİN