Goranboyda ağır qəza: Ölən və yaralananlar var

Goranboy rayonunun Xan Qərvənd kəndində bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Autoinfo.az-ın məlumatına görə, "VAZ-21015" və "VAZ-2104" markalı avtomobillər toqquşub.

Hadisə nəticəsində ağır xəsarət alan 1991-ci il təvəllüdlü F. Orucov dünyasını dəyişib.

Daha 3 nəfər, 1989-cu il təvəllüdlü Z. Həsənov, 1991-ci il təvəllüdlü F. Novruzov və 1983-cü il təvəllüdlü F. Hüseynov isə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

RƏY BİLDİRİN