Sumqayıtda ağır qəza: Maşın ağacın üstünə çıxdı

Sumqayıt şəhərindəki Heydər Əliyev prospektində ağır qəza baş verib. 

Autoinfo.az-ın məlumatına görə, prospektlə hərəkətdə olan VAZ2107 markalı avtomobil yoldan çıxıb. Nəticədə o, əks yolla aralıqda olan ağaclıqlar üzərinə çıxıb. 

Hadisə yeri yol polisi gəlib. Qəza üzündən yolda sıxlıq yaranıb. 

Zərərçəkənlərin olub-olmadığı barədə məlumat yoxdur. 

 

RƏY BİLDİRİN