"Formula 1" komandalarının yeni heyətləri - SİYAHI

"Formula 1" komandalarının əksəriyyətinin 2023 mövsümü üçün heyətləri müəyyənləşib. 

Autoinfo.az xəbər verir ki, son olaraq, bu sıraya "Alfa Romeo" ilə müqavilə bağlayan çinli Çjou Quanyuy qoşulub. 

Hazırda vakant mövqelər "Alpin", "Uilyams" və "Haas" komandalarında qalır. 

Habelə, Pyer Qaslinin yeri boşala bilər. "Red Bull"un ikinci komandası "Alfa Tauri" Qaslini təsdiqləsə də, əsas komanda onunla müqavilənin vaxtından əvvəl pozulmasının mümkünlüyünü bildirib. 

"Formula 1" komandalarının 2023 mövsümü üçün heyətləri:

"Mercedes": Lüis Hemilton (2023-cü ilin sonunadək müqaviləsi var), Corc Rassell (2022-ci ildən çoxillik müqaviləsi var)
"Red Bull": Maks Ferstappen (2028), Serxio Peres (2024)
"Ferrari": Şarl Lekler (2024), Karlos Sayns (2024)
"Maklaren": Lando Norris (2025), Oskar Piastri (2024)
"Alpin": Esteban Okon (2024), komanda yoldaşı hələ təsdiqlənməyib
"Aston Martin": Fernando Alonso (2023-cü ildən uzunmüddətli müqavilə), Lens Stroll (2023)
"Alfa Romeo": Valtteri Bottas (2024), Çjou Quanyuy (2023)
"Alfa Tauri": Yuki Tsunoda (2023), Pyer Qasli (2023)
"Uilyams": Aleks Albon (2023-cü ildən çoxillik müqavilə), komanda yoldaşı təsdiqlənməyib
"Haas": Kevin Maqnussen (2022-ci ildən çoxillik müqavilə), komanda yoldaşı təsdiqlənməyib.

RƏY BİLDİRİN