"Formula 1": Test yürüşlərinin yeri açıqlandı

2023-cü ildə "Formula 1" komandalarının mövsümöncəsi testləri fevralın sonlarında Bəhreyndə olacaq. 

Autoinfo.az xəbər verir ki, pilotlar üç test günü əldə edəcəklər. Həmin günlər gələn il 23 = 25 febrala təsadüf edəcək. Dünya çempionatının ilk mərhələsi də 3 - 5 martda Bəhreyndə olacaq. 

Qeyd edək ki, gələn mövsüm "Formula 1" rekord sayda - 24 mərhələdən ibarət olacaq. Azərbaycan Qran Prisi 28 - 30 aprelə təsadüf edəcək.  

RƏY BİLDİRİN