"Formula 1"də yenilik: Sprint yarışlarının sayı artırıldı

Gələn mövsümdən "Formula 1"də sprint yarışlarının sayı artırılacaq. 

Autoinfo.az-ın məlumatına görə, bu barədə Beynəlxalq Avtomobil Federasiyası (FIA) elektron səsvermə nəticəsində qərar çıxarıb. Qərara əsasən, 2023 mövsümü üzrə təqvimdə 3 deyil, 6 sprint olacaq. 

FIA prezidenti Məhəmməd Ben Sulayem bunu avtomobil idmanının artımına daha bir nümunə adlandırıb: "Formula 1" rəhbəri Stefano Domenikali ilə birlikdə biz əlavə sprinterlərin təsirinin hərtərəfli analizini apardıq. Belə sessiyalar yarış həftəsonlarına inanılmaz dinamika verir və artıq son 2 mövsümdə populyarlığını sübuta yetirib. Əminəm ki, pozitiv tendensiya saxlanılacaq. Mən FIA-nın Beynəlxalq Şurasının qərarından məmnunam".  

Qeyd edək ki, gələn mövsüm Azərbaycan Qran Prisi 28 - 30 apreldə olacaq. 

RƏY BİLDİRİN