Bakı - Sumqayıt yolundakı tıxac narahatlıq doğurur.
Autoinfo.az xəbər verir ki, bu ildən problem daha da qəlizləşib. Tıxac artıq “Riyad” t/m-dən başlayaraq “20 Yanvar” ərazisinədək uzanır. Halbuki, yaxın keçmişdə sıxlıq Xırdalan dairəsində yaranırdı. Səhər saatlarında insanlar işə və ya dərsə, axşamlar isə evə gec çatırlar.
Sumqayıt sakinləri problemi şəhərlərarası avtobusların az olması, taksilərin isə çoxalması ilə əlaqələndirirlər.
Dövlət Avtomobil Nəqliyyatı Xidməti məsələ ilə bağlı Xəzər Xəbərə açıqlama verib. Bildirilib ki, Sumqayıt - Bakı xətti üzrə 8 - 10 dəqiqə itervalla 14 ədəd avtobus hərəkət edir. Günün pik saatlarında interval daha da azaldılır.
Eksper Ərşad Hüseynov isə məsələnin həlli yolunu Bakı Metropoliteninin Sumqayıtadək uzadılmasında görür. Onun sözlərinə əsasən, avtobus və sürət qatarlarının qrafikində də dəyişiklik edilməlidir.