Monako Qran Prisinin müddəti uzadıldı

"Formula 1" Monako Qran Prisi ilə müqavilənin müddətini uzadıb.

Autoinfo.az yarışın rəsmi saytına istinadən xəbər verir ki, yeni sözləşmə 2025-ci ilədək nəzərdə tutulub.

Əməkdaşlığın həmin tarixdən sonra da davam etdiriləcəyi istisna olunmur.

Qeyd edək ki, Monako Qran-prisi ilə müqavilə 2022-ci ilin sonunda başa çatmalı idi.

RƏY BİLDİRİN