"Regionumuzda rəqabət aparacağımız Qran-pri yoxdur"

"Heç bir təzyiq hiss etmirik. Regionumuzda rəqabət aparacağımız Qran-pri yoxdur".

Autoinfo.az-ın məlumatına görə, bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) icraçı direktoru Arif Rəhimov "F1i" nəşrinə açıqlamasında deyib.

O bildirib ki, "Formula 1" mərhələləri keçirmək istəyən şəhərlərin sayındakı artım komandalar və promouter üçün böyük problemlər yaradır, çünki yekunda Qran-prilərin sayı çoxalır: "ABŞ kimi ölkədə 3, yaxın şərqin 4 ölkəsində Qran-pri uğrunda mübarizə gedirsə, təşkilatçı tərəfindən daha çox təzyiqlə üzləşməli olursunuz".

Regional baxımdan Azərbaycan Qran-prisinə ən yaxın yarış Soçidəki keçirilməli olan Rusiya mərhələsi idi. Lakin bu Qran-pri Ukraynaya hərbi müdaxilə ilə əlaqədar "Formula 1" təqvimindən çıxarılıb.

Təqvimdə Səudiyyə Ərəbistanı, ABŞ-ın Mayami və 2023-cü ildən təşkili planlaşdırılan Las Veqas Qran-prisi axşam seansına təsadüf edəcək.

Rəhimov isə belə varianta ciddi zərurət görmədiyini bildirib: "Açığı, çox şeyi dəyişməyimizin gərəkliyini düşünmürəm. Artıq 5 Qran-pri keçirmişik, bu il isə 6-cısı olacaq. Biz trasın quruluşundan razıyıq. Bu, çətin, cəlbedici və Bakını həqiqətən də yaxşı göstərən yarışdır. Bu səbəbdən biz Qran-prinin gecə keçirilməsində maraqlı deyilik. İstəyirik ki, insanlar gözəl şəhərimizi görsünlər".

Qeyd edək ki, cari mövsüm "Formula 1" üzrə Azərbaycan Qran-prisi 10 - 12 iyunda keçiriləcək.

RƏY BİLDİRİN