Ferstappen yenə qalib oldu

İtaliyada keçirilən "Formula 1" üzrə Emiliya-Romanya Qran-prisinə yekun vurulub.

Autoinfo,az-ın məlumatına görə, İmola trasında baş tutan mövsümün dördüncü mərhələsinin qalibi "Red Bull"un niderlandlı pilotu Maks Ferstappen olub.

Onun komanda yoldaşı olan meksikalı Serxio Peres ikinci, "McLaren"in britaniyalı sürücüsü Lando Norris isə üçüncü yeri tutub.

Qeyd edək ki, "Formula 1" üzrə Azərbaycan Qran-prisi 10-12 iyunda keçiriləcək.

RƏY BİLDİRİN