TIR-lara görə bağlanan yol açıldı

Paytaxtın Heydər Əliyev prospektində TIR-ların yolu bağlaması səbəbindən nəqliyyatın hərəkətində yaranan problem aradan qaldırılıb. 

Autoinfo.az xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib. 

“Prospektə giriş-çıxış bərpa edilib. Nəqliyyatın hərəkətinin tənzimlənməsi istiqamətində tədbirlər davam etdirilir”, - deyə o qeyd edib.

RƏY BİLDİRİN