Formula 2-də ilk dəfə türk pilot

"Formula 2" üzrə dünya çempiontında ilk dəfə türkiyəli pilot mübarizə aparacaq.

Autoinfo.az yarışın rəsmi saytına istinadən xəbər verir ki, Cem Bölükbaşı 2022 mövsümündə "Charouz Racing" komandasında çıxış edəcək.

Qeyd edək ki, bu il "Formula 1" üzrə Azərbaycan Qran-prisi 10 - 12 iyunda təşkil olunacaq.

RƏY BİLDİRİN