Səfirlik işçisi Bakıda qəzaya düşdü

Yaponiyanın Azərbaycandakı səfirliyinin qadın katibi qəzaya düşüb.

Autoinfo.az-ın məlumata görə, hadisə paytaxtın Yasamal rayonu, Kənar dairəvi yolda qeydə alınıb.

Belə ki, Yaponiyanın Azərbaycandakı səfirliyinin II katibi Yumi Kitanonun idarə etdiyi "Nissan" markalı avtomobillə “BakuBus” MMC-nin 211 saylı xətt avtobusu toqquşub.

Qəza zamanı xəsarət alan olmasa da, hər iki nəqliyyat vasitəsinə ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır ("Report").

RƏY BİLDİRİN