"Formula 1"də yeni dünya çempionu

“Red Bull” komandasının pilotu Maks Ferstappen karyerasında ilk dəfə "Formula 1" üzrə dünya çempionu olub.

Autoinfo.az xəbər verir ki, Ferstappen "Yas Marina” avtodromunda keçirilən mövsümün son yarışı olan Abu Dabi Qran-Prisində sonuncu dövrədə “Mercedes”in pilotu Lüis Hemiltonu üstələyib. 

Nəticədə o, 8 xal fərqlə çempion olub.

Beləliklə, "Red Bull" komandası son 8 ildə ilk dəfə titul qazanıb.

Hemilton 2-ci yeri tutub. "Ferrari"dən ispaniyalı Karlos Sayns finişə 3-cü çatıb. 

Qeyd edək ki, bu il Bakıda keçirilmiş Azərbaycan Qran-prisində “Red Bull”un digər pilotu Serxio Peres qalib olub.

RƏY BİLDİRİN