Rus pilot gecə klubundan qovuldu - VİDEO

"Formula 1"də çıxış edən "Haas" komandasının pilotu Nikita Mazepin Meksikada gecə klubunun təhlükəsizlik xidmətinin əməkdaşları qovub. 

Autoinfo.az-ın "Mundo Deportivo"ya istinadən məlumatına görə, rusiyalı sürücü klubda Corc Rassell və Aleksandr Albonla birgə olub. Lakin britaniyalı və taylandlı pilotlara sanksiya tətbiq olunmayıb. 

Mazepin 5 - 7 noyabrda keçirilmiş Meksika Qran-prisində 18-ci yeri tutub. 22 yaşlı pilot 18 mərhələdən sonra sonuncu yerdə gedir.

RƏY BİLDİRİN