Ferstappen Hemiltonu üstələdi

Mexiko avtodromunda "Formula 1" üzrə Meksika Qran-prisi keçirilib. 

Autoinfo.az-ın məlumatına görə, yekunda "Red Bull" pilotu Maks Ferstappen qalib olub. İkinci yeri "Mercedes" sürücüsü, 7 qat dünya çempionu Lüis Hemilton tutub. "Üçlüy"ü "Red Bull"un digər sürücüsü Serxio Peres qapayıb.

Bununla da Ferstappen 312,5 xalla liderliyini möhkəmlədib. Hemilton 293,5 xalla ikinci, "Mercedes"in digər pilotu Valtteri Bottas isə 185 xalla üçüncüdür. Dördüncü pilləni "Red Bull"un daha bir sürücüsü Serxio Peres 165 xalla tutur. 

Konstruktorlar Kubokunda "Mercedes" 478,5 xalla liderdir. "Red Bull" 477,5 xalla ikinci, "Ferrari" 268,5 xalla üçüncüdür. 

Qeyd edək ki, növbəti Qran-pri 12 - 14 noyabrda Braziliyada olacaq.  

RƏY BİLDİRİN