Yük maşını dörd avtomobilə və avtobusa çırpıldı - FOTOLAR

Bakıda “20 Yanvar” dairəsindən Ziya Bünyadov prospekti istiqamətində tuneldə yol-nəqliyyat hadisəsi baş verib.

Autoinfo.az xəbər verir ki, bu barədə məlumatı Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev paylaşıb.

O bildirib ki, 09 BO 440 DQN-lı yük avtomobili eyni istiqamətdə hərəkət edən dörd minik avtomobili və 13 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 99 JB 297 DQN-lı avtobusla toqquşub.

İlkin məlumata görə, qəza yük avtomobilinin əyləc sistemindəki nasazlıq səbəbindən baş verib. Sərnişin avtobusu depoya qayıtdığından sərnişin olmayıb.

  • Yük maşını dörd avtomobilə və avtobusa çırpıldı- FOTOLAR
  • Yük maşını dörd avtomobilə və avtobusa çırpıldı- FOTOLAR
  • Yük maşını dörd avtomobilə və avtobusa çırpıldı- FOTOLAR

RƏY BİLDİRİN