Portuqaliya millisinin və İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Kriştianu Ronaldu özünə yeni avtomobil alıb.
Autoinfo.az xəbər verir ki, 36 yaşlı hücumçu qara rəngli “Bugatti Centodieci” üçün 8,5 milyon funt sterlinq (19 milyon manat) ödəyib.
Mənbə yazır ki, sözügedən avtomobildən ümumilikdə 10 ədəd istehsal edilib. Bu da maşını dünyanın ən eksklüziv və nadir modellərindən birinə çevirir.