Rusiya Qran-prisi: Son sərbəst yürüş ləğv edildi

"Formula 1" üzrə Rusiya Qran-prisində 3-cü sərbəst yürüş ləğv edilib.

Autoinfo.az yarışın rəsmi saytına istinadən xəbər verir ki, buna güclü yağış, göy gurultusu və şimşək çaxması səbəb olub.

Qərarın pilotların təhlükəsizliyi baxımından qəbul olunduğu bildirilib.

Qeyd edək ki, Rusiya Qran-prisinə sentyabrın 26-da yekun vurulacaq.

RƏY BİLDİRİN