Rusiya Qran-prisində qəza - VİDEO

"Formula-1" üzrə Rusiya Qran-prisinin ikinci test yürüşündə qəza baş verib.

Autoinfo.az xəbər verir ki, hadisəyə "Alfa Romeo" komandasının pilotu Antonio Covinattsinin idarəetməni itirməsi səbəb olub.

Nəticədə bolidin arxası çarpaz dayanacağa çırpılıb. İtaliyalı sürücü yarışı davam etdirmək və boksa daxil olmaq istəsə də, mühəndislər radio vasitəsilə ondan dayanmasını xahiş ediblər.

Qəza səbəbindən sərbəst yürüş dayandırılıb. Daha sonra yenidən bərpa olunan yürüşün qalibi "Mercedes" pilotu Valtteri Bottas olub.

Qeyd edək ki, bu gün start götürən və Soçidə keçirilən Rusiya Qran-prisi sentyabrın 26-da başa çatacaq.

RƏY BİLDİRİN