Qubada dəhşətli qəza: 5 ölü

Qubada beş nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

Autoinfo.az xəbər verir ki, hadisə Quba - Xaçmaz yolunun Alekseyevka kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“Mercedes” markalı minik avtomobili idarəetmənin itirilməsi nəticəsində yol kənarındakı ağaca çırpılıb. Hadisə nəticəsində sürücü və avtomobildəki 4 sərnişin ölüb.

Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri deformasiyaya uğrayan avtomobildən meyitləri çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

RƏY BİLDİRİN