"Formula 1"də yeni Qran-pri

"Formula 1" şirkəti bu il Qətər Qran-prisinin keçirilməsinə dair müqavilə bağlayıb.

Autoinfo.az xəbər verir ki, bu barədə britaniyalı jurnalist Co Seyvard məlumat paylaşıb. O, Qətər Qran-prisinin təqvimdə ləğv olunmuş Avstraliya mərhələsini əvəzləyəcəyini bildirib.

Yarış Dohadakı "Losail" avtodromunda keçiriləcək. Orada Moto GP-nin mərhələsi təşkil edilir.

Hələlik Qətər mərhələsinin dəqiq tarixi müəyyənləşdirilməyib. Böyük ehtimalla, bu, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərində təşkil olunacaq Qran-prilər ərəfəsinə təsadüf edəcək.

RƏY BİLDİRİN