"Formula 1"də ikinci sərbəst yürüş başladı

"Formula 1" üzrə Azərbaycan Qran-prisində ikinci sərbəst yürüşə start verilib.

Autoinfo.az-ın məlumatına görə, pilotlar saat 17:00-dək bolidlərini sınaqdan keçirəcəklər.

Günün ilk yarısında gerçəkləşən birinci sərbəst yürüşdə "Red Bull" pilotu Maks Ferstappen bütün rəqiblərini qabaqlayaraq birinci olub.

İyunun 5-də "Formula 1"də üçüncü test yürüşü və sıralama turu, iyunun 6-da isə əsas mərhələ gerçəkləşəcək.

RƏY BİLDİRİN