"Ferrari" iki ildən sonra poulu qazandı - VİDEO

"Formula 1" üzrə mayın 23-də keçirələk Monako Qran-prisində poulu müəyyənləşdirən təsnifat mərhələsi keçirilib.

Autoinfo.az-ın məlumatına görə, qalib adını "Ferrari" pilotu Şarl Lekler əldə edib. Yerli sürücü və onun komandası sonuncu dəfə 2019-cu il oktyabrın 27-də Meksika Qran Prisində poulu qazanıb.

"Red Bull" sürücüsü Maks Ferstappen ikinci, "Mersedes"dən Valtteri Bottas isə üçüncü olub.

Qeyd edək ki, Monako trası 3 337 metr uzunluğa malikdir. Monako Qran-prisinin qalibi 78 dövrəlik mübarizənin yekununda müəyyənləşəcək.

RƏY BİLDİRİN