İspaniya Qran-prisinin qalibi bilindi

“Formula 1” üzrə İspaniya Qran-prisi başa çatıb.

Autoinfo.az xəbər verir ki, “Mercedes” pilotu Lüis Hemilton yarışın qalibi olub.

Britaniyalı sürücü finiş xəttini hamıdan tez keçərək ümumi yarış cədvəlindəki liderliyini daha da möhkəmləndirib.

“Barselona-Kataloniya” avtodromunda baş tutmuş mərhələdə “Red Bull”un heyətində 100-cü yarışını keçirən Maks Ferstappen ikinci olub.

Üçüncü pillədə isə onun komanda yoldaşı Valtteri Bottas qərarlaşıb.

Qeyd edək ki, “Formula 1”in növbəti mərhələsi 21 - 23 mayda Monakoda təşkil olunacaq.

RƏY BİLDİRİN