Bakı trekində təmirə başlanıldı

Bakıda keçiriləcək növbəti Formula 1 Azərbaycan Qran Prisinin hazırlıq işləri davam edir.

Autoinfo.az xəbər verir ki, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti növbəti mərhələdə trekin asflat örtüyündə zəruri təmir-bərpa işləri aparacaq. Təmir işlərinə mayın 8-də start veriləcək və bu proses nəqliyyatın sıxlığından asılı olaraq müxtəlif fasilələrlə mayın 20-dək davam etdiriləcək.

İşlər ilkin mərhələdə Xəqani, Zərifə Əliyeva və İstiqlaliyyət küçələri ilə Bülbül və Neftçilər prospektlərinin müəyyən hissələrində, həmçinin Aleksandr Puşkin ilə Xəqani küçələrinin, Bülbül prospekti ilə Üzeyir Hacıbəyli küçəsinin və Rəsul Rza küçəsi ilə Neftçilər prospektinin kəsişmələrində əsasən gündüz saatlarında aparılacaq. İş zamanı müəyyən lokal məhdudiyyətlər tətbiq olunacaq, lakin əksər hallarda nəqliyyat fasiləsiz şəkildə hərəkət edə biləcək.

 

Şəhər sakinlərindən xahiş olunur ki, təmir-bərpa işlərinin intensiv aparıldığı saatlarda sözügedən ərazilərdə avtomobillərini parklamasınlar. Göstərdiyiniz anlayışa və dəstəyə görə əvvəlcədən təşəkkür edirik.

RƏY BİLDİRİN