"Mercedes" Bottasla yollarını ayıra bilər

"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Mercedes" komandası pilotu Valtteri Bottas ilə yollarını ayıra bilər.

Autoinfo.az "Daily Mail"ə istinadən xəbər verir ki, mövsümün sonunda finlandiyalı sürücünü "Uilyams"dan Corc Rassellin əvəzləmək ehtimalı var.

Bottasın Almaniya təmsilçisindəki komanda yoldaşı Lüis Hemiltonla rəqabət apara bilmədiyi vurğulanıb.

Qeyd edək ki, bu il "Formula 1" üzrə Azərbaycan Qran-prisi 4 - 6 iyunda olacaq.

RƏY BİLDİRİN