Hemiltondan növbəti qələbə

"Formula 1" üzrə Portuqaliya Qran-prisinə yekun vurulub.

Autoinfo.az-ın məlumatına görə, mövsümün üçüncü mərhələsində qalib adını "Mercedes" pilotu Lüis Hemilton qazanıb.

İkinci yeri "Red Bull"dan Maks Ferstappen tutub. "Mercedes"in digər sürücüsü Valtteri Bottas isə üçüncü olub.

Qeyd edək ki, Lüis Hemilton daha əvvəl Bəhreyn Qran-prisini qazanıb. Britaniya təmsilçisi “Formula 1” üzrə yeddiqat dünya çempionudur. O, qələbə sayına görə dünya rekorduna imza atıb.

 

RƏY BİLDİRİN