Portuqaliya Qran-prisi: Bottas və Hemilton

"Formula 1" üzrə Portuqaliya Qran-prisində təsnifat mərhələsinə yekun vurulub. Autoinfo.az-ın məlumatına görə, ən yaxşı nəticəni "Mercedes" pilotu Valtteri Bottas göstərib.

İkinci yeri onun komanda yoldaşı Lüis Hemilton tutub. "Üçlüy"ü "Red Bull"dan Maks Ferstappen qapayıb. Ferstappen üçüncü seqmenti hamıdan sürətlə keçsə də, nəticəsi trasın sərhədlərinin pozulması üzündən ləğv edilib.

"Formula 1"
Portuqaliya Qran-prisi, Təsnifat

1. Valtteri Bottas ("Mercedes") — 1:18.348
2. Lüis Hemilton ("Mercedes") — + 0,007
3. Maks Ferstappen ("Red Bull") — + 0,398
4. Serxio Peres ("Red Bull") — + 0,542
5. Kiçik Karlos Sayns ("Ferrari") — 0,691
6. Esteban Okon ("Alpin") — + 0,694
7. Lando Norris ("Maklaren") — + 0,768
8. Şarl Lekler ("Ferrari") — + 0,958
9. Pyer Qasli ("Alfa Tauri") — + 1,127
10. Sebastyan Fettel ("Aston Martin") — + 1,311

 

Üçüncü seqmentə keçə bilməyənlər
11. Corc Rassell ("Uilyams") — 1:19.109
12. Antonio Covinatsi ("Alfa Romeo") — 1:19.216
13. Fernando Alonso ("Alpin") — 1:19,456
14. Yuki Tsunoda ("Alfa Tauri") — 1:19,463
15. Kimi Raykkonen ("Alfa Romeo") — 1:19,812

 

İkinci seqmentə keçə bilməyənlər
16. Daniel Rikkardo ("Maklaren") — 1:19,839
17. Lens Stroll ("Aston Martin") — 1:19,913
18. Nikolas Latifi ("Uilyams") — 1:20,285
19. Mik Şumaxer ("Haas") — 1:20,452
20. Nikita Mazepin ("Haas") — 1:20,912.

RƏY BİLDİRİN