"Qarabağ" avtomobil şirkəti ilə müqavilə imzaladı - FOTOLAR

"Qarabağ" klubu yeni əməkdaşlıq müqaviləsi imzalayıb. 

Autoinfo.az-ın məlumatına görə, son ölkə çempionu FAW markası Ağdam təmsilçisinin tərəfdaşı olacaq. 2 ay öncə “Qarabağ”la FAW Azərbaycan arasında bağlanmış  protokol bu gün qüvvəyə minib.

Klubun direktoru Emrah Çelikel bu əməkdaşlıqdan məmnun olduqlarını deyib. O, FAW brendi ilə daha uzun müddətli işləmək və yeniliklərə imza atmağın klub üçün də xoş olacağını söyləyib.

Komandanın baş məşqçisi Qurban Qurbanov FAW avtomobillərini çox bəyəndiyini bildirib. Təcrübəli mütəxəssis uzun müddətli əməkdaşlığa inandığını da dilə gətirb.

FAW avtomobillərinin rəsmi distribütoru “Cahan Motors”şirkətidir. Avtomobil şirkətinin direktoru Adil Axundovun dediyinə əsasən, əməkdaşlıq uzun müddətli olacaq və yeniliklərə imza atacaqlar. O, “Qarabağ”a hər mövsüm Çempionlar Liqasında oynamağı arzulayıb.

Qeyd edək ki, avto-salonda FAW-ın “Bestune” və “HongQi” modelləri də mövcuddur. Avtomobillərə 5 il və ya 150 000 km-ə qədər zəmanət verilir. FAW brendi ən qısa zamanda müştərilərin rəğbətini qazanıb. FAW avtomobil sevənləri yeni modelləri ilə sevindirməyə davam edəcək.

  • "Qarabağ" avtomobil şirkəti ilə müqavilə imzaladı- FOTOLAR

RƏY BİLDİRİN