"Formula 1" daha 4 il Yaponiyada

"Formula 1" üzrə dünya çempionatının mərhələ yarışlarından biri 2024-cü ilədək Yaponiyada keçiriləcək.

Autoinfo.az xəbər verir ki, Suzuka Qran-prisinin təşkilatçıları yarışın rəhbərliyi ilə müqavilənin müddətini uzadıb.

2021-ci il mövsümündə bu ölkədəki yarış 8 - 10 oktyabrda gerçəkləşəcək.

Qeyd edək ki, Azərbaycan Qran-prisi 4 - 6 iyunda olacaq.

RƏY BİLDİRİN