"Formula 1"də yeni Qran-pri - VİDEO

2022-ci il "Formula 1" təqvimində Mayami Qran-prisi də yer alacaq.

Autoinfo.az-ın məlumatına görə, Florida ştatındakı mərhələnin təşkilatçıları yeni trasda bort kamerasından virtual dövrəni nümayiş etdirib. 

5,41 km uzunluğa malik tras 19 dövrədən və DRS zonalarının yerləşə biləcəyi 3 düzlükdən ibarət olacaq. Bolidlərin 320 km/saat sürətə çatacağı gözlənilir.

Tras "Mayami Dolfins" futbol klubunun "Hard Rock" stadionunun ətrafındadır.

Təşkilatçılar səs-küyün azaldılması üçün xüsusi maneələr quraşdıracaq, şəhərin iqtisadiyyatına 5 il ərzində güşətli proqramlara 5 milyon dollar sərmayə qoyulacaq, sakinlərə endirimli biletlər təqdim olunacaq, məktəb və kolleclərin 5 ən yaxşı məzununun təhsil xərcləri ödəniləcək.

 

RƏY BİLDİRİN