"Formula 1"də bəzi Qran-prilər baş tutmayacaq

"Formula 1"in ən uzun mövsümünün 2021-ci ildə keçirilməsi planlaşdırılır.

Autoinfo.az xəbər verir ki, təqvim 23 mərhələdən ibarətdir. Amma bu yarışların bəziləri baş tutmaya bilər. “McLaren” komandasının rəhbəri Zak Braun da epidemioloji vəziyyətin planlaşdırılan bütün Qran-Prilərin keçirilməsinə imkan verməyəcəyini bildirib.

O qeyd edib ki, pandemiya təqvimə təsir edə bilər və bu mövsüm 20 Qran-pri keçirilə bilsə, mövsümü tam bir dövr hesab etmək olar: "Martdan dekabradək 20 yarışın keçiriləcəyinə əminəm. Bundan əvvəl Kanada və Braziliyada yarışların ləğv olunma təhlükəsi ilə üzləşdiyi bildirilmişdi. Qərar hələ verilməyib, ancaq Monreal və San-Pauladakı mərhələlərin əvəzinə "Formula 1"in Türkiyə və Bəhreyndə keçirilməsi mümkündür”, - deyə Braun əlavə edib.

Qeyd edək ki, bu il "Formula 1" üzrə Azərbaycan Qran-prisi 4 - 6 iyunda Bakı şəhər halqasında təşkil olunacaq.

RƏY BİLDİRİN