İstanbul Qran-prisi yenidən təqvimə salınır

Türkiyə Qran-prisi bu il də "Formula 1" təqviminə salına bilər.

Autoinfo.az UOL nəşrinə istinadən xəbər verir ki, koronavirusla bağlı vəziyyəti nəzərə alan Təşkilat Komitəsi yenidən yarışın bir mərhələləsini İstanbulda keçirməyi planlaşdırır.

İddiaya görə, ləğv olunması gündəmdə olan yarışların Türkiyə və Sakhir Qran-priləri ilə əvəzlənməsi nəzərdə tutulub.

Ötən il Türkiyə Qran-prisi 13 - 15 noyabrda baş tutub. Mərhələnin qalibi Lüis Hemilton olub.

Qeyd edək ki, "Formula 1"də 2021 mövsümü 26 - 28 martda Bəhreyn Qran-prisi ilə start götürüb. Azərbaycan Qran-prisi 4 - 6 iyunda gerçəkləşməlidir.

RƏY BİLDİRİN