İdman jurnalistinin avtomobili yandırıldı

Rusiyada idman jurnalisti, "Çempionat" nəşrinin əməkdaşı Dmitri Yeqorovun avtomobili yandırılıb. 

Autoinfo.az-ın məlumatına görə, bu barədə təcrübəli media işçisinin özü teleqram-kanalı vasitəsilə açıqlama verib. O, hadisənin gecə vaxtı baş verdiyini bildirib. Yeqorov heç kimdən şübhələnmədiyini əlavə edib. 

Qeyd edək ki, yanğın nəticəsində avtomobil tamamilə yararsız vəziyyətə düşüb. 

RƏY BİLDİRİN