Avtomobil 18 velosipedçini vur

Fransanın mərkəzi departamenti Luarada avtomobil yerli idman klubunun 18 velosipedçisini vurub.

Autoinfo.az “France Bleu” radiosuna istinadən xəbər verir ki, hadisə şəhərətrafı magistral yolunda baş verib. Bir qrup velosipedçi magistral yolun üzərindəki körpüdən keçərkən arxadan gələn maşın qarşı  zolağa keçmək istəyib. Bu anda sürücü ona tərəf gələn velosipedçiləri görüncə, özünü itirərək sükanı sola – idmançıların üstünə çevirib. 

Qeyd edək ki, qrupdakı idmançılardan 14-nün azyaşlı olduğu bildirilir. Azyaşlılardan biri ağır yaralanıb. O, Sent-Etien xəstəxanasına aparılıb. Avtomobilin sürücüsü də xəsarət alıb.

RƏY BİLDİRİN