"Mercedes" sınaq zamanı sıradan çıxdı

"Mercedes"in bolidi "Formula 1" üzrə dünya çempionatının mövsümöncəsi Bəhreyndə keçirilən sınaq yarışlarının ilk günündə sıradan çıxıb.

Autoinfo.az Almaniya təmsilçisinin rəsmi tvitter hesabına istinadən xəbər verir ki, Valtteri Bottasın idarə etdiyi avtomobil yalnız bir dövrə vura bilib.

"Mercedes" bolidin sınaq yürüşünə qayıtması üçün sürət qutusunun dəyişdirildiyini bildirib.

Qeyd edək ki, "Formula 1"də 2021 mövsümü 26 - 28 martda Bəhreyn Qran-prisi ilə start götürəcək. Azərbaycan Qran-prisi 4 - 6 iyunda gerçəkləşməlidir.

RƏY BİLDİRİN