"Ferrari" yeni bolidini təqdim etdi

"Formula 1"də çıxış edən "Ferrari" komandası 2021 mövsümü üçün bolidini təqdim edib. Autoinfo.az-ın məlumatına görə, avtomobil SF21 indeksini alıb. 

Yeni maşının martın 11-də çəkiliş gününün gedişində trasda sınaqdan çıxarılacağı gözlənilir. Martın 12-də isə Bəhreyndə mövsümöncəsi "Formula 1" testləri start götürəcək. 

Qeyd edək ki, 2021-ci ildə "Ferrari" komandasına yeni pilot Karlos Sayns qoşulub. İspaniyalı sürücü 4 qat dünya çempionu Sebastyan Fetteli əvəzləyib və Şarl Leklerlə cütlük təşkil edib. 

RƏY BİLDİRİN