Bakıda avtomobil parkından 150 min manatlıq oğurluq

Bakıda oğurluq hadisəsi olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Autoinfo.az-a verilən məlumata görə, narkotik vasitə ilə tutulan R.Hüseynovun ətrafında Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən əməliyyat tədbirləri aparılıb. Onun Bakı şəhər sakini X.İsayevlə birgə yük avtomobilləri parkından 150 000 manat dəyərində 15 ədəd avtomobil soyuducusu, 15 ədəd akkumulyator, 15 ədəd soyuducu mühərriki, boru və kabellər oğurlaması da müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri ilə X.İsayev də saxlanılıb.

RƏY BİLDİRİN